Kursantın ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ

 18:38 13.04.2022     3440

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu bu gün müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq açıqlama verib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib:

“Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.