Müdafiə Nazirliyindən Seyfəlidəki partlayışlarla bağlı AÇIQLAMA
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.












