Ermənilər Qarabağda atəşkəsi POZDU

 20:54 17.04.2022     1049

Qarabağda qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca atəşkəsi pozub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. İtki yoxdur.

Qeyd edilir ki, Rusiya sülhməramlıları 27 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Vumart və Güvən reklamı Vumart Güvən