Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçirir - VİDEO

 18:26 19.04.2022     2018

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə silahlanmada olan müasir texnika və avadanlıqların tətbiqi ilə mühəndis təminatı üzrə taktiki-xüsusi məşqlər keçirilir.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən dərslərin mövzusuna əsasən istehkamçılar minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, onlardan istifadə qaydaları barədə nəzəri biliklərini artırırlar.

Xüsusi hazırlanmış mühəndis şəhərciyində istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi mövzusunda fəaliyyətləri praktiki olaraq icra edib.

Vumart və Güvən reklamı Vumart Güvən