Kəlbəcərdə hərbçimiz MİNAYA DÜŞDÜ
Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.
Redaktor.az xəbər verir ki, hadisə aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb.
Belə ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb.
Xəsarət alan hərbçimiz hospitala yerləşdirilib.
Baş Prokurorluğun Mətbuat Xidməti Redaktor.az-a faktı təsdiqləyib.
Bildirilib ki, faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.












