Türkiyə Azərbaycandakı komandolara təlim keçdi

 21:31 20.04.2022     341

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlığı ölkəmizdəki quru qoşunların komandolarına təlim keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Azərbaycandakı Xüsusi Komandanlığının koordinasiyası ilə davam edən “Komandonun əsasları kursları” ilə “Dözümlülük kursları” çərçivəsində Azərbaycanın beş briqadasında “Uzun məsafəli müqavimət yürüşü” icra edilib.

Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Vumart və Güvən reklamı Vumart Güvən