Daha bir soydaşımız Ukrayna uğrunda həlak oldu - FOTO

 23:33 27.04.2022     412

Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayəti, Konstantinovka uğrunda döyüşlərdə həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Odessada yaşayan soydaşımız Anar Ağazadə özünün feysbuk hesabında paylaşıb.

"Fuad bəyin atası istefada olan hərbi həkimdir. Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Ağası Hun Məmmədlinin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin".

A.Ağazadə qeyd edib ki, Fuad Məmmədovun kiçik qardaşı Rasim də hal-hazırda Ukraynanın ərazi bütövlüyü uğrunda doyüslərdədir.

T.İSMAYIL

2