Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

 12:31 10.05.2022     1770

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən