Bu şəxslərə hərbi xidmətdən möhlət verildi - Prezident qanunu imzaladı

Adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara üç ay müddətinə möhlət veriləcək.
Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu imzalaması ilə mümkün olub.
Həmin möhlət hüququ təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.