Ermənilər Kəlbəcəri atəşə TUTDU

 22:23 17.05.2022     641

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Vumart və Güvən reklamı Vumart Güvən