“PUA-ların yaradılma səbəblərindən biri də Qarabağdır” - Səlcuq Bayraktar- VİDEO

 20:20 27.05.2022     3962

Xəbər verdiyimiz kimi, Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraktar bugün Şuşaya səfər edib.

Redaktor.az xəbər verir ki, o, Şuşa haqqında təəssüratlarını Baku TV əməkdaşı ilə bölüşüb.

Səlcuq Bayraktar Şuşaya səfərini “Vətən” sözünün mənasını daha yaxşı dərk etmək adlandırıb. 

“Pilotsuz uçuş aparatlarının niyə yaradılması sualının cavabıdır Qarabağ. Buna görə də Şuşa səfəri bizim üçün çox dəyərli idi”, – deyə o qeyd edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən