Erməni əsgərin yaralanması xəbəri yalandır - Müdafiə Nazirliyi

 15:37 28.05.2022     1204

Azərbaycan bölmələrinin atəşi nəticəsində erməni hərbçinin yaralanması xəbəri yalandır.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

"Azərbaycan-Ermənistan dövlət sərhədində guya Ordumuzun bölmələri tərəfindən açılan atəş nəticəsində qarşı tərəfin hərbi qulluqçusu David Vardanyanın yaralanması barədə Ermənistan mətbuatında yayılan növbəti dezinformasiya xarakterli məlumat yalandır, həqiqəti əks etdirmir" - açıqlamada deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən