Ermənilər Kəlbəcəri atəşə tutdu

 21:30 30.05.2022     2058

Mayın 30-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Vumart və Güvən reklamı Vumart Güvən