Ukrayna ordusu işğalçılara ağır itkilər yaşadıb - SİYAHI
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 30 950 canlı qüvvəsi, 1 367 tankı, 3 366 zirehli döyüş maşını, 675 artilleriya sistemi, 210 reaktiv yaylım atəşi sistemi, 95 havadan müdafiə sistemi, 210 hərbi təyyarəsi, 175 helikopteri, 535 dronu, 121 qanadlı raketi, 2329 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri və 51 xüsusi texnikası məhv edilib.
T.İSMAYIL













