Bu gün intihar edən əsgərin görüntüləri yayıldı – VİDEO-YENİLƏNİB

 22:11 05.06.2022     606

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullazadə Səid Məzahir oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

Abdullazadə Səid Məzahir oğlu barədə bəzi faktlar məlum olub.

Redaktor.az xəbər verir ki, mərhum əsgərin yaxınları Modern.az-a bildiriblər ki, Səid Abdullazadə Şamaxı rayonunun Məlikçobanlı kəndində doğulub boya-başa çatıb.

Ailədə dörd uşaq olublar - 2 bacı, 2 qardaş. O, hərbi xidmətə yollanarkən sağlıq durumunda heç bir problem olmayıb. S.Abdullazadə ailəsi ilə telefon əlaqəsi saxlayarkən xidmət zamanı nədənsə şikayətinin olub-olmaması barədə danışmayıb.

Əsgərin yaxınları onun hansı səbəbdən intihar etməsindən xəbərsizdirlər. 

Məlumata görə, intihar edən hərbi qulluqçu oktyabr ayında tərxis olunacaqdı.

Qeyd edək ki, əsgər Səid Abdullazadənin özünə qəsd etməsinin səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

Sosial şəbəkələrdə Səid Abdullazadənin yeni görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik: