Qardaş ölkələrin nazirləri GÖRÜŞDÜ

 21:03 08.06.2022     271

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.