Zakir Həsənov general Nadim Raza ilə görüşdü - FOTO

 12:10 09.06.2022     502

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Efes-2022'" çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.

Sərgi əsnasında general-polkovnik Z.Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.
Daha sonra qonaqlar burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olublar.

22222