MAXE-lər üçün təlim keçirilir - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib.
Redaktor.az Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, atışdan qabaq kursantlara təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib. Kursantlar silahların sökülüb yığılması və digər normativləri yerinə yetiriblər.
Səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin dəqiq atəşlə məhv edilməsinə yönəldilib.

