Türkiyədə təhsil alan Azərbaycan hərbçilərinin sayı artırıldı - RƏSMİ

 15:19 15.06.2022     4893

"Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində təhsil alan Azərbaycan Ordusunun şəxsi heyətinin sayı artırılıb".

Redaktor.az xəbər verir ki, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O bildirib ki, hazırda 200-dən çox zabit, gizir və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif təhsil müəssisələrində, təlim mərkəzlərində təhsil alır, təkmilləşdirmə kursları keçirlər.