Ermənilər atəşkəsi buna görə pozur - Hərbi ekspertdən AÇIQLAMA

 15:34 20.06.2022     5666

“Ermənistandakı daxili vəziyyət, ordusundakı nizam-intizamsızlıq, həmçinin İrəvanın Azərbaycanla lazımi rəsmi sənədləri imzalamaqdan yayınmaq üçün lazım olan vaxtı əldə etməyə çalışması nəticəsində sərhədyanı bölgələrdə atəşkəs rejimi tez-tez pozulur”.

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O, bildirib ki, Ermənistan atəşkəsi pozmaqla heç nəyə nail ola bilməyəcək:

“Ermənistan atəşkəsi pozmaqla işğaldan azad olunmuş əraziləri geri alacaq? Onların nə hərbi, nə də digər imkanları mövcud deyil ki, nəsə əldə edə bilsin”.

Ekspert həmçinin qeyd edib ki, erməni təxribatlarının artmasının əsas səbəbi Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşaası ilə bağlıdır:

“Laçın rayonuna çəkiləcək yeni yol ilə bağlı ermənilər müxtəlif təxribatlara əl atır, atəşkəsi pozur, Azərbaycan əsgərlərinə zərər yetirməyə çalışırlar. Lakin bu, bizi əsla öz yolumuzdan döndərə bilməz. Azərbaycan qarşısına konkret məqsəd qoyub ki, alternativ yol çəkilələcək”.

Nərmin Vüqarqızı