Ukraynadan Rusiyaya daha bir zərbə - 170 hərbçi, 1 qırıcı, 1 helikopter...
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 34 700 (170+) canlı qüvvəsi, 1 511 tankı, 3 645 zirehli döyüş maşını, 764 artilleriya sistemi, 241 reaktiv yaylım atəşi sistemi, 99 havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 184 helikopteri, 626 dronu, 137 qanadlı raketi, 14 gəmi/kateri, 2560 avtomobil texnikası və yanacaq çəni və 60 xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts və Kuraxiv istiqamətlərində verib.
T.İSMAYIL













