Müdafiə Nazirliyindən partlayışlarla bağlı AÇIQLAMA

 12:03 28.06.2022     2603

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarını təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiya edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Redaktor Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 29-dan iyulun 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.