Azərbaycan ordusunda döyüş atışlı təlim keçirilir

 12:16 28.06.2022     5928

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyətinin, həmçinin şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunan yerlərdə atəş mövqelərini tutublar.

Bölmələr tərəfindən şərti düşmən hədəflərinin sərrast atəş zərbələri ilə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.