Azərbaycan Ordusunun hərbçisi həlak oldu

 16:20 02.07.2022     1156

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Redaktor.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamalıyev Nurlan Elşən oğlunun iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!