Müdafiə Nazirliyi Türkiyə şirkəti tərəfindən məhkəməyə verilib? - RƏSMİ
Azərbaycan Müdafiə Nazirliyi məhkəmə verilməsi barədə məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən Redaktor.az-a verilən açıqlamada bu məlumatların əsassız olduğu qeyd edilib.
"Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin "Öztek Tekstil Terbiye A.Ş." şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb.
Bildiririk ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır", - deyə MN-in məlumatında vurğulanır.












