Daha bir azərbaycanlı Ukraynadakı müharibədə həlak oldu

 09:00 06.07.2022     902

Rusiya-Ukrayna münaqişəsində daha bir azərbaycanlı həlak olub.

Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, söhbət əslən Masallının Mahmudavar kəndindən olan Qasımov Pənah Şair oğlundan gedir.

Məlumata görə, Pənah Qasımov bir neçə il öncə Rusiyanın Çelyabinsk şəhərinə köçüb və ailəsi ilə orada yaşayıb. Müharibə başlayandan sonra isə Ukraynadakı əməliyyatlara cəlb olunub.

P.Qasımovun evin tək oğlu olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən