Bu istiqamətdə mövqelərimiz atəşə tutuldu

 22:41 13.07.2022     5580

İyulun 13-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin  Basarkeçər  rayonunun  Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış  məntəqəsi  istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Vumart və Güvən reklamı Vumart Güvən