Ağdərəyə silah aparan rus sülhməramlıları əsgərlərimiz geri qaytardı

 18:08 20.07.2022     427

Qarabağdakı Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında qalmaqal yaşanıb.

Redaktor.az xəbər verir ki, hadisə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınma cəhdinə görə baş verib.

Belə ki, dünən axşamüstü Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına məxsus 1 ədəd 82A zirehli döyüş maşını və 3 ədəd "Ural" markalı avtomobil yoxlanmaq üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı onlardan birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd “Kalaşnikov” markalı AKM avtomatı aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb və geri qaytarılıb.

Məlumata görə, Rusiya sülhməramlılarının maşın karvanı Ağdamdan Ağdərəyə  gedirmiş (minval.az).