"Orduda xuliqanlıq cinayətləri 25 faiz azalıb" - RƏSMİ

 16:10 21.07.2022     584

Ötən illə müqayisədə orduda olan cinayət hadisələri azalıb.

Redaktor.az xəbər verir ki, bunu Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev deyib.

O bildirib ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz azalıb:

“Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalmasa müşahidə olunur” (apa).