Kəlbəcərdə minaya düşən komandirin GÖRÜNTÜSÜ - VİDEO

 22:05 26.07.2022     610

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarov minaya düşüb.

Redaktor.az xəbər verir ki, Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda cinayət işi açılıb.

Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə xəbərləri təkzib edib. Bildirilib ki, Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, hərbi hissə komandiri Vüqar İsbəndiyarov əslən Cəbrayıl rayonundandır.