Azərbaycan Ordusunun Qırmızı Bazara atəş açması barədə AÇIQLAMA

 13:07 28.07.2022     288

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib:

"Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir".