Kəlbəcərdə minaya düşən komandiri ziyarət etdilər

 15:40 28.07.2022     1088

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazisində minaya düşərək xəsarət almış Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiyarovu müalicə aldığı tibb müəssisəsində ziyarət ediblər.

Redaktor.az xəbər verir ki, Ombudsmanın nümayəndələri sol ayağı dizdən aşağı amputasiya olunmuş hərbçimizin səhhəti ilə maraqlanaraq, ona şəfa diləklərini çatdırıblar.

V.İsbəndiyarov vəziyyətini diqqətdə saxladığına görə Ombudsmana təşəkkürünü bildirib.