Azad olunan ərazilərdə ötən ay 683 mina aşkarlanıb

 16:00 01.08.2022     418

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyul ayı ərzində minatəmizləmə əməliyyatları barədə məlumat açıqlayıb.

ANAMA-dan Redaktor.az-a bildirilib ki, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 578 piyada əleyhinə mina, 105 tank əleyhinə mina və 1028 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 6 903 hektar ərazi mina və PHS-lərdən təmizlənib.