Ordumuzun keçirdiyi antiterror əməliyyatının VİDEOSU

 17:53 03.08.2022     1180

Azərbaycan Ordusunun bu gün keçirdiyi antiterror əməliyyatının görüntüləri yayılıb.

Redaktor.az həmin videonu təqdim edir:

Qeyd edək ki, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Daha sonra Azərbaycan Ordusu tərəfindən “Qisas” adlı antiterror əməliyyatı keçirilib.

Artıq separatçı rejim əməliyyat nəticəsində itkilərini açıqlamağa başlayıb.

Belə ki, erməni mənbələrinin yaydığı məlumatda qeyd olunur ki, 4 separatçı ölüb, 15-i yaralanıb.