Ermənilərdən itkilərlə bağlı yeni AÇIQLAMA

 09:05 04.08.2022     1021

Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstə üzvlərinin sayı 19-a çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Xankəndidəki separatçıların "səhiyyə naziri" Mikael Ayryan deyib.

"4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir", - Ayryan deyib.

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirirdi.