"Hərbçi adından paylaşım edən qadının ordumuza heç bir aidiyyəti yoxdur" - MN

 12:58 08.08.2022     817

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb.

Nazirlikdən Redaktor.az-a daxil olan açıqlamada deyilir:

"Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur".

Bizimlə əlaqə saxlayın

Vumart və Güvən reklamı Vumart Güvən