Qarabağda iki erməni separatçısı YARALANDI

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə qondarma rejim tərəfindən məlumat yayılıb.
Bildirilib ki, avqustun 8-də müqaviləli "hərbi qulluqçular" Qurgen Danielyan və Artur Aruşanyan silahdan istifadə qaydalarını pozduqları üçün xəsarət alıblar. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.