Azərbaycan tankçıları Moskvada ilk yarışa başladı 

 17:08 13.08.2022     296

Rusiyanın Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.