Müdafiə Nazirliyindən yeni azad olunmuş yüksəkliklər barədə MƏLUMAT

 12:32 16.08.2022     595

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.
Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.
Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətində aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.

 

MN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıbMN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıbMN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıbMN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıbMN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıbMN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıbMN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıb

 

Vumart və Güvən reklamı Vumart Güvən