Bir neçə halda terrorun qarşısı alınıb - DSX generalı

 13:19 16.08.2022     798

Bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən qeydə alınan terror-pozuculuq fəaliyyətinin qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması halları mütəmadi olaraq qeydə alınır. 

“Ümumiyyətlə, DSX Ali Baş Komandanın hər bir tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırdır” - A.Xəlilov vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən