Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi

 14:18 06.09.2022     460

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.