Bakıda NATO-nun təlim kursu keçirilir

 14:04 09.09.2022     215

Bakıda NATO-nun "Sülh və təhlükəsizlik naminə elm proqramı" çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün "Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu" keçirilir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda praktiki qrup çalışmaları yerinə yetirilir.