Komando kursunu bitirənlərin buraxılışı oldu

 15:18 11.09.2022     690

Cari ilin hazırlıq planına uyğun olaraq, müddətli hərbi xidmət hərbi qulluqçuları üçün keçirilən “Komando başlanğıc kursu”nun buraxılış mərasimi olub.

Redaktor.az xəbər verir ki, mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Komando başlanğıc kursu”nun əhəmiyyətindən danışan general-mayor V.Kazımov şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində bu kimi kursların müsbət təsirini xüsusi vurğulayıb, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kurs birincisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Samir Həkimov yaş kötüyünə rəmzi emblemi vurub. Sonda kursu bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub, şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.