Şəhid kapitan İkinci Fəxri Xiyabanda dəfn olundu - FOTO

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən təxribat nəticəsindən şəhid olan kapidan Fərid Mehbalı İkinci Fəxri xiyabanda dəfn olunub.
Redaktor.az xəbər verir ki, dəfn mərasimindən görüntüləri ilahiyyatçı Hacı Şahin Həsənli özünün sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.