Şəhid Ömər Şirinov Goranboyda dəfn olunacaq
Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Redaktor.az xəbər verir ki, şəhidlərimizin arasında Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Ömər Şirinov da var.
Şəhidimiz doğulub boya-başa çatdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində dəfn olunacaq.
Allah rəhmət eləsin!












