Salyanda şəhid Elmi Səmədovun dəfn mərasimi keçirildi - FOTO

 09:03 14.09.2022     237

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, Salyan rayonunun Qızılağac kənd sakini, 1996-cı il təvəllüdlü Səmədov Elmi Mirzəli oğlunun nəşi ailəsinə təhvil verilib.

Redaktor.az xəbər verir ki, E.Səmədov Almalı kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər. E.Səmədov ailənin yeganə övladı olub.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib (report).

222222