19 yaşlı şəhidimiz son mənzilə yola salınır - FOTO

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Nihat Qasımovun dəfn mərasimi keçirilir.
Redaktor.az xəbər verir ki, şəhidimizin nəşi bu dəqiqələrdə doğulduğu Şəkinin Kiçik Dəhnə kəndində torpağa tapşırılır.
19 yaşlı Nihat Qasımov sentyabr 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olub.
O, 21 aprel 2021-ci ildə həqiqi hərbi xidmətə başlamışdı (qafqazinfo).
Allah rəhmət eləsin!