Nazirlikdən ermənilərin iddialarına CAVAB

 13:27 14.09.2022     1460

“Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur”.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır:

“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır”.