Şəhid Nihat Qasımov Şəkidə dəfn edildi - FOTO

 14:43 14.09.2022     1466

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Şəkidə dəfn edilib.

Redaktor.az xəbər verir ki, Ermənistan tərəfinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan əsgər, 2003-cü il təvəllüdlü Nihat Mehman oğlu Qasımovun nəşi doğulub boya-başa çatdığı Kiçik Dəhnə kəndinə gətirilərək ailəsinə təhvil verilib. Şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Şəhid dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin atası Mehman Qasımova təqdim olunub.

Qeyd edək ki, 19 yaşlı Nihat Qasımovun hərbi xidmətini başa vurmağına 17 gün qalmışdı (report).

222