"Ermənilər böyük itkilər verərək geri çəkilib" - Anar Eyvazov

 18:05 14.09.2022     1002

"Təxribata cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

"Təəssüf ki, Ermənistan Azərbaycanın keçirdiyi "Qisas" əməliyyatı və xüsusilə Vətən müharibəsindən nəticə çıxarmayıb", - o vurğulayıb.